Hacı İbrahimin qardaşı da istintaqa çağırıldıbackend

Hacı İbrahimin qardaşı da istintaqa çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər Prokurorluğundan AzNews.az-a daxil olan məlumata görə, özünə qəsd edən şəxsin işlədiyi, əlaqədə olduğu, eləcə də yaxın ətrafı işi aparan müstəntiq tərəfindən dindirilir. Bildirilir ki, dindirilən şəxslər sırasında Nazim İbrahimovun qardaşı, Məzahir Cəfərovla uzun illər bir yerdə çalışan Sahib İbrahimov və intihar edən şəxsin şəriki “Galaxy Palace” tikinti şirkətinin rəhbəri İlham Qasımov da var.

İlham Qasımov AzNews.az-a intihar olayına görə Prokurorluqda dindirilidiyini təsdiq edib. Onun sözlərinə görə, iki gün əvvəl bir neçə saat müstəntiqin yanında olub.

Qeyd edək ki, Məzahir Cəfərovun meyidi ayın 21-i Həsən Əliyev küçəsində yerləşən mənzilində asılmış halda tapılıb. İntiharın səbəbi hələlik məlum deyil.

İnterpress.az