İlham Əliyev Latviyanın keçmiş prezidentini qəbul etdibackend

İlham Əliyev Latviyanın keçmiş prezidentini qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət başçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri kimi göstərdiyi fəaliyyəti ilə bağlı Latviyanın keçmiş Prezidenti Vayra Vike-Freyberqanın Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görüldüyünü deyib və ordeni ona təqdim edib.

Latviyanın keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqa Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninə layiq görülməsinə görə minnətdarlığını bildirib və bundan şərəf hissi keçirdiyini vurğulayıb. Vayra Vike-Freyberqa bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəyini deyib. Latviyanın sabiq Prezidenti ölkəmizdə həyata keçirilən abadlıq və quruculuq işlərinə toxunaraq paytaxtımızda qədim və müasir arxitektura ənənələrinin çox gözəl ahəngdarlıq təşkil etdiyini bildirib.

Görüşdə Azərbaycana qarşı bəzi beynəlxalq təşkilatlar tərəfindən qeyri-obyektiv mövqenin nümayiş etdirilməsinin yolverilməz olduğu qeyd edilib.

Söhbət zamanı birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğu vurğulanıb, Azərbaycanın beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə verdiyi töhfə yüksək qiymətləndirilib, ölkəmizdə gedən böyük inkişaf proseslərinin önəmi qeyd olunub, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin inkişafından məmnunluq ifadə edilib.

İnterpress.az