Cüdoçularımızdan uğursuz çıxışbackend

Cüdoçularımızdan uğursuz çıxış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cüdo yığmamızın dördü kişi, dördü qadın olmaqla 8 üzvü bu gün yarışlara qatılıb. Çox təəssüf ki, onlardan yalnız 1-i Orxan Səfərov yarımfinala adlayıb. Onunla eyni çəkidə mübarizə aparan komanda yoldaşı İlqar Müşkiyev isə mübarizəni ¼ final mərhələsində dayandırıb.

66 kq-da mübarizə aparan Nicat Şıxəlizadə uğurlu start götürsə də sonradan mübarizəni dayandırıb. Şıxəlizadə bu mərhələdə portuqaliyalı Serji Oleiniçlə üz-üzə gəlib və ipponla rəqibinə uduzub.

Tərlan Kərimov isə rusiyalı Mixail Pulyaevlə qarşılaşıb. Rus idmançısı vazari xalı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.

48 kiloda mübarizə aparan qadın cüdoçularımız Ləman Əliyeva və Aişə Qurbanlı 1/8 final mərhələsində mübarizəni dayandırıblar.

Medal ümidlərindən olan Kifayət Qasımova isə 1/8 finaldakı xəbərdarlıq xalına görə tatamini məğlub tərk edib.

56 kiloqram çəki dərəcəsində mübarizə aparan Səkinə Zeynalova isə elə ilk görüşdəcə məğlub olaraq mübarizəni dayandırıb.

İnterpress.az