Xaçmazda iki maşın toqquşub, xəsarət alan varbackend

Xaçmazda iki maşın toqquşub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəza Gəndob – Yalama yolunun 19-cu kilometrliyində qeydə alınıb. “VAZ 21014” markalı nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan “QAZ 31 10” markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində bir nəfər xəsarət alıb. Xudat şəhər sakini, 1962-ci il təvəllüdlü Nurməmmədova Sədaqət Kəlbi qızı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır. ( apa )

İnterpress.az