İnterpress.az xəbər verir ki, bu barədə qərar Avropa İttifaqının Brüsseldə keçirilən sammitində qəbul edilib. Avropa və Asiyadan olan miqrantların taleyini müzakirə edən liderlər qərara alıb ki, miqrantların 20 mini Yunanıstan və İtaliyada qalacaq. Qalan 40 mini isə digər Avropa ölkələri qəbul edəcək. Plan 2 il üçün hesablanıb.
İyulun sonunda xarici işlər nazirləri planı təsdiqləyəcək.
Məlumatlara görə, təkcə İtaliyaya sutka ərzində dəniz yolu vasitəsil 500 miqrant gəlir.
İnterpress.az