Astana Daxili İşlər Departamentinin (DVD) əməkdaşlarının Kostanay vilayətinin DVD əməkdaşları ilə birgə iyunun 24-də keçirdiyi əməliyyat-axtarış tədbirlərini nəticəsində sui-qəsd törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Saxlanılan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olan 26 və 28 yaşlarında iki qardaşdır.
Xəbərdə deyilir ki, iyun ayının 21-də gecə saatlarında xəstəxanaya oldu silahla yaralanmış, 40 yaşlarında Azərbaycan vətəndaşının yerləşdirildiyi barədə Almatı rayon Daxili İşlər İdarəsinə məlumat daxil olub.
“Məlum olub ki, iyunun 18-də zərərçəkmişlə saxlanılan şəxslər arasında münaqişə baş verib. İyunun 21-də isə saxlanılan şəxslər zərərçəkmişin evi önündə ona odlu silahdan iki dəfə atəş açaraq hadisə yerindən qaçıblar”, – deyə məlumatda bildirilir.
Fakt üzrə “dələduzluq” və “sui-qəsd” maddələri ilə cinayət işi başlanıb.
Araşdırmalar davam edir. ( apa )
İnterpress.az