Hadisə \”Çıraq\” restoranı yaxınlığındakı evlərdən birində qeydə alınıb.
Bu gün saat 09:43-də məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Araşdırmalar zamanı ölən şəxsin 44 yaşlı Elçin Nəcəfov olduğu məlum olub.
Meyit müayinə edilib və onun intihar etdiyi müəyyənləşib.
Qeyd edək ki, Elçin Nəcəfov evli olub. Onun 2000 və 2003-cü il təvəllüdlü oğlan övladları var. Lakin bir müddət əvvəl onun ailəsində problemlər yaranıb.
Problemlər nəticəsində Elçin Nəcəfov həyat yoldaşından və övladlarından ayrılıb. Rəsmi olmasa da, onun ailəsindən ayrı yaşaması Elçin Nəcəfova pis təsir edib.
İlkin ehtimala görə E.Nəcəfov elə bu səbəbdən özünü asıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ( anspress.com )
İnterpress.az