Türkiyə Suriya sərhədində 3.5 metrlik beton divar quracaqbackend

Türkiyə Suriya sərhədində 3.5 metrlik beton divar quracaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda məlumatı Türkiyənin “Vətən” qəzeti yayıb.

Məlumata görə, Türkiyənin Daxili işlər Nazirliyi Suriya sərhədində təhlükəsizlik qurşağı yaradılması məqsədilə sərhəd boyundakı dörd şəhərin icra hakimiyyətinə 20 milyon lirəlik vəsait göndərib.

Bu çərçivədə hərəkətə keçən Hatay, Qaziantep, Kilis və Şanlıurfa icra hakimiyyətləri \”təhlükəsizlik qurşağı\” üçün birgə layihə yaradıb.

Layihəyə əsasən Türkiyə ilə Suriya arasındakı 911 kilometrlik məsafədə 3.5 metr hündürlüyündə beton divarlar qurulacaq. Bundan başqa, divarın arxasında hündür məftil çəpərlər çəkiləcək və təhlükəsizlik kameraları yerləşdiriləcək.

İnterpress.az