Göyərtəsində 3 nəfərin olduğu bildirilən sürət qayığı bu gün səhər saatlarında idarəetməni itirərək, sahil körpüsünə dəyib. Göyərtədə olanlardan biri üzərək sahilə çıxmaqla xilas olub. Digər iki nəfərin isə dənizdə batdığı ehtimal edilir.
Hadisə yerinə Dəniz polisi, Sahil-Mühafizə Xidmətinin əməkdaşları və səhiyyə işçiləri cəlb edilib. Dənizdə yoxa çıxan iki nəfərin axtarışlarına başlanılıb.
İnterpress.az