“Açılış və bağlanış mərasimi üçün büdcədən əlavə məbləğ istənilməyib”backend

“Açılış və bağlanış mərasimi üçün büdcədən əlavə məbləğ istənilməyib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Rusiyanın TASS agentliyinə müsahibəsində gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, Avropa Oyunlarının ümumi büdcəsində fərq manatın devalvasiyası nəticəsində meydana gəlib və bu, 134 milyon manat təşkil edib. Lakin arada yaranmış fərqə görə, Maliyyə Nazirliyindən əlavə məbləğ istənilməyib, həmin vəsait büdcəyə qənaət hesabına xərclənib.

A. Rəhimov qeyd edib ki, Avropa Oyunlarının ümumi büdcəsi 960 milyon manat təşkil edib.

\”Biz əlavə dəyər vergisi də nəzərə alınmaqla 300 milyon manatdan çox qənaət etmişik\”, – deyə nazir bildirib.

İnterpress.az