İnterpress.az xəbər verir ki, “Əl-Qaidə” terror təşkilatı başqa bir terror təşkilatı olan İŞİD-i müsəlmanlara qarşı qəddarlıqda ittiham edib. Axirətdə buna görə cavab verəcəkləri olduğunu bildirən “Əl-Qaidə”nin bu bəyanatını ABŞ vətəndaşı olan Adam Qadan çatdırıb.
İŞİD-i müsəlmanlara qarşı zorakılıq və qəddarlıqda ittiham edən Adam Qadan islam üçün heç nəyin tarix olmadığını, bu dünyada unududulduğu təqdirdə belə o biri dünyada mütləq cavab veriləcəyini vurğulayıb: “Biz hətta britaniyalı Alan Henninqin azad edilməsinə çağırmışdıq, ancaq İŞİD onu edam etdi. Halbuki Alan Henniniq Suriyaya qaçqınlara kömək etmək üçün getmişdi. İŞİD bu çağırışları qulaqardına vurdu. Müsəlmanların cihadı videooyun deyil. Bu, həm bu dünyada, həm də axirətdə real nəticələri olan real həyatdır”.
İnterpress.az