Bunu İnterpress.az-a Müsavat Partiyasının Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən Dəmirli bildirib.
Rövşən Dəmirli mitinq keçirilməsi ilə bağlı Milli Şuranın da taktiki gedişlərinin artıq özünü doğrultmadığını bildirib: “Hamı görür ki, mitinqlərə eyni adamlar gəlirlər və hətta bu say da getdikcə azalır. Mənə elə gəlir ki,Milli Şura meydanı boş görüb təşəbbüsü ələ almaq istəyir, amma müsbət bir nəticə əldə edə bilmir. Azərbaycan xalqı yeni siyasi liderə ehtiyac duyur. 20 ildən çoxdur ki, eyni adamlardan eyni sözləri eşitmək hamını yorub”.
Yeni liderin müydana çıxma şərtlərinə gəlincə Rövşən Dəmirli “Xalq özü lazım olanda tapacaq. Bir zamanlar Əbülfəz Elçibəyi, İsa Qəmbəri, Əli Kərimlini hardan tapmışdı? Ancaq görünür ki, xalq hələlik yeni bir meydan hərəkatına ehtiyac duymur” deyə vurğulayıb.
Elnarə
İnterpress.az