Bu barədə Frans Press agentliyi məlumat verib.
Məhbuslar Asiyanın ən böyük həbsxanası olan Tixardan qaçıblar. Polis məhbuslardan birini tuta bilib. Oğurluğa görə həbs olunan həmin məhbus artıq dindirilib.
“Onlar ya şənbə, ya da bazar günü qaçıblar. Bunu necə bacardıqlarını dəqiqləşdiririk. Qaçışı nə vaxt və necə həyata keçirdiklərini demək üçün hələ çox tezdir”, – deyə həbsxana müfəttişinin köməkçisi general Mukesh Prasad bildirib.
Bazar günü yoxlama apararkən məhbusları tapa bilməyən həbsxana mühafizəçiləri həyəcan qaldırıblar. Qaçaq məhbuslar divara dırmaşıblar, köməkçi divarın altından tunel qazıblar və sonra su hövzəsi ilə bayıra çıxıblar.
Onların silahlı mühafizəçilərin və videonəzarət sisteminin yanından necə ötüb keçdiklərini aydınlaşdırmaq üçün araşdırma başladılıb.
İnterpress.az