Bu barədə Kanadanın baş naziri Stiven Harper məlumat verib.
O bildirib ki, sanksiyalar 3 Rusiya vətəndaşına və 14 hüquqi şəxsə şamil edilib.
Hökumət başçısı həmçinin Rusiyanın Krımı işğal etməsinə görə Moskva barəsində idxal-ixrac məhdudiyyətlərinin tətbiq olunacağını da diqqətə çatdırıb.
“Biz öz partnyorlarımızla prezident Vladimir Putini Ukraynanın şərqinə müdaxiləni dayandırmağa və separatçılara hərbi dəstəyə son qoymağa çağırırıq”,-deyə Stiven Harper bildirib
Lakin o, sanksiya tətbiq edilən şəxs və şirkətlərin adlarını açıqlamayıb.
İnterpress.az