Ötən gün ərzində təxminən 30 nəfər vəfat edib.
Regional hakimiyyət orqanlarının məlumatına görə, 1234-ü Kəraçidə olmaqla 1334 nəfər istidən vəfat edib. Daha 10 min insan günvurmadan xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Pakistanda anomal istilər iyunun 19-dan müşahidə olunur. İyunun 20-də Kəraçidə istilər ən yüksək həddinə çatıb. Bu zaman termometrlər 45 dərəcə selsini göstərib. Ətraf ərazilərdə isə 48 dərəcə isti qeydə alınıb. Hazırda temperatur təxminən 40 dərəcədə qərarlaşıb.
İnterpress.az