Üzən evbackend

Üzən ev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Wayne Adams və Catherine King “Azadlıq buxtası” adını verdikləri evlərini hazırlamağa 1992-ci ildə təbii fəlakətdən sonra başlayıblar. Tufandan sonra suya aşan ağaclar cütlüyün evinin təməli olub. Catherine bir neçə sosial fəaliyyətlə yanaşı, həm də rəssamdır. Ona görə də, yuxarıdan baxılan zaman rəngarəng ev çiçək bağçasını xatırladır.

Sənət qalereyası olan bu nəhəng üzən ev studia, rəqs sahəsi və 5 ədəd istixananı özündə birləşdirir. Suyu yağışdan, elektriki də günəşdən alan ev qlobal istiləşmə layihələrinin də ən uğurlularından biri sayıla bilər.

Dünyanın getdikcə texnologiya əsirinə çevrildiyi bir zamanda hər şeyi ilə təbii bir həyat yaşayan bu ailə gənc cütlüklər üçün də gözəl nümunədir.

Üzən ev

Üzən ev

Üzən ev

İnterpress.az