Qəza magistralın 57-ci km-də, Xızı rayonunun Sİtalçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Qazel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə gətirilib. Bunlar Bakı şəhər sakinləri – 1964-cü il təvəllüdlü İmanova Roza Eldarovna, 1978-ci il təvəllüdlü Şirməmmədzadə Nailə Tofiq qızı və 2001-ci il təvəlüdlü Vəliyeva Nigar Mais qızıdır. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır. ( apa )
İnterpress.az