Qusarda iş adamının evində qətl – YENİLƏNİBbackend

Qusarda iş adamının evində qətl – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qusar rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Qusar rayonunun Çiləgir kəndində Bakı şəhər sakini, 1945-ci il təvəllüdü Ramiz Gülməmməd oğlu Verdiyevi odlu silahla qətlə yetirməkdə təqsirli bilinən şəxs, 1967-ci il təvəllüdü Eynullah Cahangir oğlu Hacıyev qətlin baş verdiyi evin gözətçisi olub.

Öldürülən şəxs isə yaşayış evində qonaq olub. Qətli törədən şəxsin sərxoşluğa meylli olduğu bildirilir.

Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

***

Hadisə gecə saatlarında qeydə alınıb.

Kənddə yerləşən evlərin birində Bakı sakini, 1945-ci il təvəllüdlü Ramiz Gülməmməd oğlu Vəliyev ov silahından atılan güllə yarasından dünyasını dəyişib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, qətli 1967-ci il təvəllüdü Eynulla Cahangir oğlu Hacıyev törədib. Hadisəni törədəndən sonra Eynulla Hacıyev hadisə yerindən qaçıb.

Hazırda polis qətli törətməkdə şübhəli bilinən Eynulla Hacıyevin axtarışlarına başlayıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumata görə, qətl hadisəsi baş verən ev tanınmış iş adamlarından birinə məxsus olub. ( anspress.com )

İnterpress.az