Qəza Badamdar qəsəbəsində qeydə alınıb. Belə ki, 39 nömrəli marşrutun sürücüsü piyadanı vurub. Hadisə nəticəsində piyadanın beyni dağılıb. Xəstə hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasındadır. Xəstənin vəziyyətinin ağır olduğu deyilir.
Səbail Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər.
Məlumata görə, piyadanı vuran sürücü qaçıb gizlənib. Hazırda sürücünün tapılması istiqamətində işlər gedir. ( aznews.az )
İnterpress.az