Moskvada üç Azərbaycan vətəndaşı saxlanılıbbackend

Moskvada üç Azərbaycan vətəndaşı saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paytaxt polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu ilin may ayında 26 yaşlı iş adamını oğurlayaraq azadlığa buraxılması müqabilində ailəsindən 10 milyon ABŞ dolları tələb etməkdə şübhəli bilinən cinayətkar dəstənin Azərbaycan vətəndaşları olan 3 üzvü yaxalanıb.

“Şübhəli şəxslər Moskva vilayətinin Solneçnoqorsk rayonunun kəndlərindən birində saxlanılıb. Onlar 29, 46 və 48 yaşlı Azərbaycan vətəndaşlarıdır. Oğurlanan şəxs isə azad olunub”, – deyə Rusiya Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

DİN-in yaydığı məlumatda saxlanılan şəxslərin evindən \”Makarov\” tipli tapança və patronlar aşkar olunduğu bildirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hüquq-mühafizə orqanları dəstənin digər cinayətlərdə əlinin olub-olmamasını araşdırır. ( apa )

İnterpress.az