İnterpress.az xəbər verir ki, diqqət çəkən məsələ Putinin bu təklifinin Yunanıstan tərəfindən qəbul ediləcəyi təqdirdə bu ikitərəfli əlaqələrin Avropaya təsiridir.
Yunanıstanın maliyyə böhranı probleminin həllini axtararkən Rusiyadan sürpriz açıqlama gəlib. Rusiya prezidenti Vladimir Putinin açıqlaması dünya mətbuatında “ağıllı addım” kimi dəyərləndirilib.
Ekspertlər Rusiyanın Yunanıstanın Beynəlxalq Valyuta Fonduna olan borclarını ödəməsiylə “Rusiyaya bağlı bir Yunanıstan” yaranacağını düşünür. “Son nəticədə Rusiya Yunanıstanın bütün borclarını ödəyən deyil. Ödəsə belə Yunanıstan hər mənada Rusiyaya bağlı olmayacaq. Lakin Rusiyaya qarşı bir simpatiya meydana gələcəyini istisna etmək olmaz” deyə ekspertlər bildirir.
Dünyanın gözü Yunanıstandadır
Yunanıstanda maliyyə böhranı uzun müddətdir ki, davam edir. Bu mərhələdə Yunanıstanın atacağı addımlar dünya ölkələri tərəfindən də ciddi izlənir. Mütəxəssislərin sözlərinə görə, bu baş verərsə, Avropanın daxilində bir qırılma yaranacaq. Yunanıstanın Avropa Birliyinə qarşı daha möhkəm müqavimət göstərməsinə təşəbbüskar olacaq: “Təbii bunun reallaşıb-reallaşmayacağı dəqiq deyil. Rusiyanın Yunanıstanın borclarını ödəyəcəyi təqdirdə bunun müəyyən qarşılığı olacaq və bu tələblər Yunanıstan tərəfindən necə qarşılanacağı hələ bilinmir”.
\”Putin Yunanıstanı sevindirsə …\”
Ekspertlər vurğulayır ki, Putin borc ödəmə təşəbbüsü ilə Yunanıstanı xoşbəxt edərsə, Avropada tam fərqli bir mühit meydana gələ bilər: “Rusiyanın Avropadakı təsiri artar. Ancaq hər nə olursa-olsun, Yunanıstan Rusiyanın boyunduruğu altına girməz. Yəni, Yunanıstan Rusiya üçün Ermənistan olmaz”.
İnterpress.az