Hadisə iyunun 30-da Masallı-Yardımlı şose yolunun rayonun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallının Qəriblər kənd sakini, 1981-ci il təvəllüdlü Natiq Qılman oğlu Əkbərovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili qəfildən idarəetməni itirərək dərəyə aşıb. Hadisə yerinə dərhal təcili yardım maşını cəlb olunub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Müvafiq cərrahiyə tədbirlərinə baxmayaraq hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır. ( apa )
İnterpress.az