Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02% bahalaşaraq 1,0485 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0054 manat və ya 0,46% ucuzlaşaraq 1,1679 manat olub.
İnterpress.az