İnterpress.az xəbər verir ki, buna səbəb müsabiqənin təşkilatçısı, amerikalı milyarder Donald Trampın Meksikanın ünvanına səsləndirdiyi fikirlər olub.
Qeyd edək ki, Amerika prezidentliyinə namizədliyini irəli sürən Donald Tramp Meksikadan olan immiqrantları cinayətkar adlandırıb. Bildirib ki, Meksika ABŞ-a yaxşı insan göndərmir, əvəzində kifayət qədər problemi olan insanlar gəlir: “Onlar bura narkotik və cinayətkar göndərirlər”.
Bu çıxışdan sonra Amerikanın ispandilli Univision kanalı müsabiqənin yayımından imtina edib. Tramp kanala qarşı müqavilə şərtlərini pozduğuna görə 500 mildon dollarlıq iddia qaldırıb.
Qeyd edək ki, Donald Tramp 1996-cı ildə müsabiqənin təşkili hüququnu satın alıb.
İnterpress.az