İnterpress.az xəbər verir kii, bu barədə Barak Obama özü jurnalistlərlə söhbətində şikayətlənib.
“USA Today”ın yazdığına görə, Obamanın mərasimi izləməsinə mühafizə xidməti imkan verməyib: “Yeganə pis detal o idi ki, mən çıxıb baş verənlərə baxa bilmədim. Əks təqdirdə mühafizə xidməti hamını oradan uzaqlaşdırmalı idi”.
Mərasimi televizor vasitəsilə izlədiyini deyən Obama Ağ Evin rənglərin fonunda ecazkar göründüyunü vurğulayıb.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi eynicinslilərin nikahının qanuniləşdirilməsi barədə qərarı iyunun 26-da verib.
İnterpress.az