Bunu AzNews.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Zəlimxan Yaqub deyib. Onun sözlərinə görə, əfv sərəncamı Dünya Azərbaycanlılarının Həmrəylik Günündə imzalana bilər: “Çox güman ki, əfv ilin sonunda olacaq . Ramazan bayramı ilə əlaqədar əfv sərəncamının imzalanması gözlənilmir”.
Xatırladaq ki, əfvlə bağlı sonuncu sərəncam 2015-ci ilin martın 18-də imzalanıb. Həmin fərmanla 90 nəfər məhbus cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb.
İnterpress.az