İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, davada 10 nəfər iştirak edib. 4 nəfər xəstəxanaya aparılıb ki, onlar da azərbaycanlılar və özbəklərdir. Xəstəxanaya aparılan 3 azərbaycanlıdan birinin yetkinlik yaşına çatmayan şəxs olması barədə Rusiya DİN məlumat yayıb.
Davanın səbəbləri barədə hələlik məlumat verilmir. Dava iştirakçıları biçaqdan istifadə edib. Xəsarət alan Özbəkistan vətəndaşı xəstəxanaya huşsuz vəziyyətdə aparılıb. Azərbaycanlılar onlara 5-6 nəfərin hücum etdiyini və daha sonra qaçdıqlarını bildiriblər. Hazırda araşdırma aparılır.
İnterpress.az