İnterpress.az “Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, Yunanıstan baş naziri Çipras bir neçə şərtlə kreditorların Yunanıstanı xilasetmə təklifini qəbul edib.
Avrozona rəsmisi “Çiprasın məktubu Avrozona nazirlərinin qəbul etməkdə çətinlik çəkəcəyi maddələri ehtiva edir” deyə bildirib.
O həmçinin qeyd edib ki, Yunanıstanı xilasetmə proqramının 20 iyuldan əvvəl də həyata keçməsi mümkündür.
Məlumat üçün bildirək ki, Yunanstan Beynəlxalq Valyuta Fonduna borcunu məhz həmin tarixdə ödəməlidir.
İnterpress.az