İnterpress.az xəbər verir ki, türk kəşfiyyatı tərəfindən hazırlanan hesabatda MOSSAD-ın 3 min agentinin Türkiyə-Suriya sərhədinə göndərdiyi ifadə edilib.
PKK-nın Suriyadakı qolu PYD-nin nəzarətində olan, Suriyanın şimalında tanınmamış muxtar vilayətin ərazisini genişləndirmək və arada qalan türkmən və ərəblərin yaşadığı bölgələri boşaldaraq Aralıq dənizinə çıxışı olan bir Kürdüstan yaratmaq üçün əməliyyatlarını davam etdirərkən bu hesabat şok effekti yaradıb.
“İsrail minlərlə kürdü bu gün üçün yetişdirdi”
Türk kəşfiyyatı tərəfindən hazırlanaraq dövlət rəsmilərinə təqdim olunan hesabatda İsrail kəşfiyyat orqanı MOSSAD-ın əksəriyyəti kürdlərdən ibarət olan 3 min agentini 2 il əvvəl Suriyanın şimalına göndərdiyi bildirilir. Hesabatın detallarına əsasən İsrail əksəriyyəti bölgə kürdlərindən ibarət 3 min nəfərə illərlə təlim keçərək hər cür ekstremal döyüş şəraitinə hazır agentlər yetişdirib.
Hər biri bölgədəki dilləri ana dili kimi danışır
“Hər biri başda kürt dili olmaqla bölgədəki hər cür yerli dil və ləhcələri ana dili kimi danışan, lazım olduğu zaman lazım olan ləhcələri istifadə edə bilən agentlər Suriyanın şimalındakı əraziləri birləşdirərək Aralıq dənizinə açılan bir kürd dövləti yaratmaq üçün bölgəyə sızıb2 deyə sənəddə bildirilir.
Etnik təmizləmə memarları – İsrail agentləri
Üstün xüsusiyyətləri səbəbiylə qısa müddətdə PYD-nin içində seçilən, bölgəyə nəzarəti ələ keçirən İsrail agentlərinin türkmən və ərəblərin yaşayış yerlərindəki etnik təmizləmənin də memarları olduğu bildirilir. İsrail agentlərinin yalnız PYD içində olmadığı, başda İŞİD olmaqla bölgədə döyüşənlərin içinə sızdığı da hakimiyyət rəsmilərinə təqdim edilən məlumatlar arasında yer alır.
İnterpress.az