İnterpress.az xəbər verir ki, bunu Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyub bildirib.
Vurğun Əyyubun sözlərinə görə, böhtan cəzasız qalmamalıdır: “Bu böhtan cəzasız qalacaqsa, gələcəkdə müəllim-şagird münasibətlərində böyük fəsadlar yaradacaq. Müəllimin şagirdlərinə, şagirdlərin müəllimlərinə sevgisi olmasa, o məktəbdən, təhsil-tərbiyədən nəticə gözləmək olmaz. Böhtan cəzasız qalacaqsa, bundan sonra müəllimlər şagirdlərə, şagirdlər müəllimlərinə qarşı hər zaman vasvası münasibət göstərəcək, bir-birilərinə qarşı şübhələrlə yanaşacaq, inamsızıq olacaq. Müəllimlə şagird arasında inamsızlıq isə verilən təhsil və tərbiyənin mənasızlığına gətirib çıxaracaq”.
İnterpress.az