VHP MNTK-nın sədri Milli Şurada fəaliyyətini dayandırıbbackend

VHP MNTK-nın sədri Milli Şurada fəaliyyətini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

T. Ələkbərov APA-ya açıqlamasında deyib ki, Milli Şura bir müxalif qurum kimi gücünü az-çox göstərib, o da bu qurumun fəaliyyətində iştirak edib.

T. Ələkbərov bildirib ki, Milli Şura artıq öz işini gördü, bu, onun üçün yetərli sayılır: “Mən son vaxtlar Milli Şuraya gedib-gəlmirəm. Həm əməliyyat olunmuşam, həm də baxıram ki, mən orada öz işimi yetərincə gördüm. Ancaq mən bir partiyanın üzvüyəm, Nizamnamədən kənara çıxa bilmərəm, o halda gərək partiyadan çıxıb gedəm. Əslində Milli Şurada fəaliyyətim artıq dondurulmuş, dayandırılmış bir şeydir. Biz Milli Şurada müxalifətin gücünü göstərmək üçün iştirak etdik, onun da nə qədər gücü olduğu bəlli oldu. Həm də mən isə VHP MNTK-nın sədriyəm.

İnterpress.az