Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
İnterpress.az