Masallı-Yardımlı yolunda daha bir ağır qəza: 1 ölü, 2 yaralıbackend

Masallı-Yardımlı yolunda daha bir ağır qəza: 1 ölü, 2 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1957-ci il təvəllüdlü Bəxtiyar Mirişov idarə etdiyi BMW markalı 99 DE 726 dövlət nömrə nişanlı maşın eyni istiqamətdə hərəkət edən \”VAZ 2107\” markalı 44 BJ 408 dövlət nömrə nişanlı avtomobilə toqquşub.

BMW-nin sürücüsü B.Mirişov ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Hadisə nəticəsində \”VAZ 2107\”-nin sürücüsü, 1993-cü il təvəllüdlü Tural Rəcəbli yüngül yaralanıb, maşındakı sərnişin 1994-cü il təvəllüdlü Teymur Qasımov sağ qolundan xəsarət alıb.

Qəza yerinə gələn yol polisi əməkdaşları yol-nəqliyyat hadisəsinə BMW markalı avtomaşının sürücüsünün səbəb olduğunu, onun ötmə qaydasını pozduğunu, sürət həddini aşdığını və nəticədə idarə etdiyi avtobobilin qəzaya uğradığını deyiblər.

Faktla bağlı araşdırma aparılır. ( report.az )

İnterpress.az