Şəki şəhəri Məzahir Əliyev-21 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Murad Bayram oğlu Həsənov velosipedlə elə həmin küçədə hərəkətdə olarkən velosipedi aşırıb. Nəticədə 16 yaşlı Murad Həsənov başından qapalı kəllə-beyin travması ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Həkimlərin səyinə baxmayaraq Murad Həsənov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. ( apa )
İnterpress.az