Belə ki, onun Beynəlxalq Bankdan külli miqdarda (təxminən 57 milyon dollar) aldığı krediti geri qaytara bilməməsi barəsində həbs qətiimkan tədbiri seçilməsinə səbəb olmuşdu.
Ölkə medıasının yaydığı xəbərlərdə iş adamının 2015-ci il 12 may-27 may tarixləri arasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanıldığını bildirilirdi. May ayının 27-də isə Hacı İbrahim Nehrəmlinin azadlığa buraxıldığı məlum oldu.
Biznesmen elə həmin gün mətbuata verdiyi açıqlamada bütün borcunu ödədiyini və ona görə də sərbəst buraxıldığını bildirmişdi.
Modern.az saytının əldə etdiyi məlumata görə, vəziyyət heç də Nehrəmlinin açıqladığı kimi deyil.
Belə ki, o, Beynəlxaq Banka olan borcunu tam şəkildə ödəyə bilməyib.
Borcunu qaytara bilməyən iş adamı ona məxsus “Xəzər Adaları”nı borcunun bir hissəsi kimi banka təklif edib.
Qiymətləndirmədən sonra “Xəzər Adaları” layihəsi üzərində Hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib.
Qeyd edək ki, “Xəzər Adaları” hal-hazırda tikilən, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhəridir. Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb.
Layihə \”Avesta\” şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxıb. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edir. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılır. Burada eləcədə 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower ( Azərbaycan qülləsi) tikiləcək (tikilərsə dünyanın ən hündür binası olacaq). Burada eləcə də dünyanın ən böyük məscidinin tikilməsi planlaşdırılır. Bütün bu tikililərin 9 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilir. Həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi planlaşdırılır.
Layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilir.
İnterpress.az