Dövlət Statistika Komitəsindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ildə bu xəstəlikdən 372 nəfər dünyasını dəyişib.
Komitədən verilən məlumata görə, bu göstərici əhalinin hər 100 000 nəfərindən 4-nün vərəmə yoluxması deməkdir.
Əvvəlki illərin statistikasına nəzər saldıqda isə bu xəstəlikdən ölənlərin sayında azalma müşahidə olunduğu nəzərə çarpır. Belə ki, 2013-cü ildə 378, 2012-ci ildə 373, 2011-ci ildə 577, 2010-cu ildə isə 709 nəfər vərəmdən dünyasını dəyişib.
İnterpress.az