Şirkətin sosial şəbəkələrdə paylaşılan daxili sənədi şirkətdə artıq bir müddətdir işləyən ərli qadınların uşaq dünyaya gətirməsinə icazə verir. Bununla yanaşı, onlar analıq məzuniyyəti cədvəlinə düşə bilmək üçün əvvəlcədən müraciət etməlidirlər.
Şirkət rəhbərliyin razılığı olmadan uşağı olan qadınları 161 dollar həcmində cərimə etmək, mükafatlardan və karyerasında yüksəlmə imkanından məhrum etmək barədə qərar qəbul edib.
Sənəd Çində böyük rezonans doğurub. Dövlət KİV-ləri şirkəti işçilərinə qarşı qeyri-insanı münasibətinə görə tənqid edib. Şirkət hələ baş verənləri şərh etməyib.
İnterpress.az