Şəxsi yoxlama zamanı E. Hüseynovun daxili orqanı – düz bağırsağından üç ədəd bükümdə, ümumi xalis çəkisi 9.515 qram narkotik vasitə – həşiş qətranı aşkarlanaraq götürülüb.
Azərbaycan vətəndaşı Mirzəyev Şahmar Calaləddin oğlu piyada yolla İrandan Azərbaycana gələrkən, Astara Gömrük İdarəsinin əməkdaşları onun üzərində şəxsi yoxlama aparıb. Şəxsi yoxlama nəticəsində Ş. Mirzəyevin ayaqqabısının hər iki tayının içərisində, polietilen paketlərdə 98 ədəd, əyninə geyindiyi şalvarın bel hissəsində kəsilib doğranmış vəziyyətdə 149 həb olmaqla, cəmi 247 ədəd təsiredici maddəsinin xalis çəkisi 9.88 qram olan narkotik vasitə – metadon və ayaqqabının sol tayının daban hissəsində bir ədəd polietilen bükümdə xalis çəkisi 12.06 qram olan narkotik vasitə – tiryək aşkar olunub.
Faktlarla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.
İnterpress.az