Türkiyədə azərbaycanlı iş adamına cinayət işi açılırbackend

Türkiyədə azərbaycanlı iş adamına cinayət işi açılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rza Zərrab İstanbul Boğaziçində, Kanlıca sahilində ümumilikdə 3 villadan ibarət kompleksi 2011-ci ildə alıb. Daha sonra ağ villanı özünə, sarı rəngdə olanı isə xanımına hədiyyə edib.

Osmanlı dönəmində tikilən və 1970-ci ildə ikinci dərəcəli tarixi əsər kimi qorunan villalarda bəzi təmir işləri aparıb. Ancaq iş bitdikdən sonra aparılan monitorinq göstərib ki, təmir prosesi zamanı villaların əvvəlki görünüşünə ciddi xəsər gətirilib. Bu isə memarlıq və tarixi abidələrin qorunması barədə qanunların tələblərinə ziddir.

Məlum olub ki, 2 villa arasında bağçalar məhv edilib və onlar birləşdirilib. Bundan başqa dam örtüyü əvəz edilib, iki villa lift vasitəsilə birləşdirilib. Buna görə də villa sahibləri ilə bağlı prokurorluğa müraciət edilib.

Prokurorluqda Zərrab ailəsi üzvlərinin ifadəsi alınacaq və barələrində cinayət işi açılacaq.

İnterpress.az