45 yaşlı qadını maşın vuraraq öldürübbackend

45 yaşlı qadını maşın vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə iyulun 5-də günorta saatlarında Masallı-Boradigah şosesinin rayonun Ərkivan qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Masallı rayon sakini, 22 yaşlı Namiq Ağazadənin idarə etdiyi “Mercedes” markalı, 90 XP 616 dövlət nömrə nişanlı minik avtomobili yolu keçmək istəyən piyada, Ərkivan qəsəbə sakini, 45 yaşlı Reyhan Cəbrayılovanı vurub.

R. Cəbrayılova hadisə yerində dünyasını dəyişib.

İlkin versiya kimi, qəzanın avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir. Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. ( apa )

İnterpress.az