Ermənilər işğal altındakı dağları yandırırbackend

Ermənilər işğal altındakı dağları yandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu dəfə ermənilər işğal altında olan dağ massivlərinə od vurublar.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun işğal altında olan Şahbulaq, Yeddixırman dağlarında güclü yanğınlar müşahidə olunur.

Qoşunların təmas xəttinə yaxın, həmçinin ermənilərin nəzarətində cəbhədən xeyli uzaq olan Göytəpə, Qaraqaşlı, Kəngərli, Salahlı kəndlərində, keçmiş Gülçülük sovxozu və Uzundərə adlanan ərazilərdə də yanğınlar qeydə alınıb.

Alovun miqyası getdikcə genişlənir.

İnterpress.az