İnterpress.az xəbər verir ki, onlar əsasən gürcülər və yezidi kürdlər olub. Bununla yanaşı aralarında digər keçmiş SSRİ respublaikalarından olanlar da var. Həmçənin dəstənin rəhbəri, “qanuni oğru” Zviad Darsadze də saxlananlar arasındadır.
Polisin məlumatına görə, əməliyyat 1 il müddətində hazırlanıb. İspaniyada keçmiş SSRİ-dən olan cinayətkar dəstənin fəaliyyət göstərdiyi barədə məlumatlar toplandıqdan sonra əməliyyat plan hazırlanıb.
Dəstə üzvləri əsasən mənzil soyğunu ilə məşğul olublar. 42 yaşlı Zviad Darsadze də bu işdə onlara rəhbərlik edib. Əldə edilən pullar “obşak”a ötürülüb. Dəstə həmçinin çirkli pulların yuyulması, vergilərin gizlədilməsi, narkotiklərin qanunsuz dövriyyəsi kimi işlərlə də məşul olub. Dəsət üzvlərindən zinət əşyaları, 100 min avro nəğd pul, müxtəlif silahlar götürülüb.
İnterpress.az