İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, hücum bu günə qədər Rakkaya edilən ən böyük hava hücumu kimi dəyərləndirilir.
Suriya İnsan Haqları Monitorinq Qrupunun məlumatına görə, azı 22 nəfər həlak olub. Koalisiyanın təmsilçisi Tomas Gilleran hücumun İŞİD-in Suriya və İraq boyunca hərəkətinə maneə yaratmaq məqsədi daşıdığını bildirib: “Bu əməliyyat indiyə qədər keçirdiyimiz əməliyyatlardan ən böyüyü oldu. İŞİD-in Rakkadan hərəkət etməsinin qarşısını almağa yönəlib. Hücum terrorçuların hərəkət azadlığını ciddi çəkildə məhdudlaşdırıb”.
İnterpress.az