İnterpress.az Ermənistan mətbuatına istinadən bildirir ki, hazırda İrəvanın mərkəzindəki Baqramyan prospektində 30-a yaxın aksiyaçı düşərgədə qalmağı davam etdirir. Onlar gecəni çadırlarda keçirib, səhər isə təmizlik işləri apararaq söhbətə başlayıblar.
Paytaxt polisinin rəis müavini Valeri Osipyan çadırda qalan aksiyaçılara müraciət edərək onları dağılışmağa çağırıb. Ancaq aksiyaçılar çadırlarda qalmaqda israrlı olduqlarını bildiriblər.
Bu gün axşam saat 20.00-a qədər aksiyaçıların tələbləri yerinə yetirilməsə, onlar hər gün barrikadanı Prezident iqamətgahına bir metr yaxınlaşdıracaqlarını bildiriblər.
Qeyd edək ki, Ermənistanda aksiyalar enerjinin qiymətinin qaldırılması ilə bağlı qərara etiraz olaraq başlayıb.
İnterpress.az