Ə. Abbasov Fransa rəsmisinə imzalanan \”sənəd\”lə bağlı Azərbaycan tərəfinin narahatlığını çatdırıb.
\”Bu məsələ ilə bağlı biz Fransanın rəsmi mövqeyini bilmək istəyirik\”, – deyə Ə. Abbasov qeyd edib.
M. Fekla isə baş vermiş hadisənin bir daha təkrarlanmamasına çalışacaqlarını bildirib: \”Fransanın Xarici və Daxili İşlər nazirlikləri bütün yerli İcra Hakimiyyəti orqanlarına rəsmi məktub göndərib. Həmin məktublarda sənədlərin qeyri-qanuni olduğu bildirilib. Bundan başqa, Fransa hökumətinin rəsmi mövqeyi də bütün icra hakimiyyəti orqanlarına çatdırılıb\”.
Qeyd edək ki, bu ilin may ayında Fransanın üç şəhəri ilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın üç şəhəri arasında \”dostluq və qardaşlaşma xartiyası\” imzalanıb.
İnterpress.az