“Şou verilişlər haqqında dosye hazırlanacaq”backend

“Şou verilişlər haqqında dosye hazırlanacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

Şura sədri bildirib ki, özəl televiziya kanallarında yayımlanan şou xarakterli verilişlərlə bağlı hazırlanan arayış artıq hazırlıq mərhələsindədir: “Bununla bağlı iş mütəmadi olaraq aparılır. Həmin şou verilişlərdə Azərbaycanın qanunvericiliyinə zidd halların olub-olmayacağı ciddi şəkildə araşdırılacaq”.

N. Məhərrəmli qeyd edib ki, “Space” televiziyasının rəhbərliyi onlara tutulan iradla bağlı üzərlərinə düşən işi görüblər: “Bu özü müsbət bir haldır. Bəzi adamlar işdən uzaqlaşdırılıb, bəzilərinə isə töhmət verilib. Ümumiyyətlə, kanalın reaksiyası normal olanda, bizim də reaksiyamız normal olur”.

İnterpress.az