İntiqam Əliyevin vəkilinin vəsatəti təmin edilmədibackend

İntiqam Əliyevin vəkilinin vəsatəti təmin edilmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apelyasiya şikayəti İntiqam Əliyevin barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 2015-ci il aprelin 22-də çıxardığı hökmdən verilib.

Vəkil Fəxrəddin Mehdiyev Modern.az saytına bildirib ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılan prosesdə İntiqam Əliyev də iştirak edib:

“Müdafiə tərəfi olaraq üç vəsatət qaldırdıq. Həbs qətimkan tədbirinin ev dustaqlığı və ya girovluqla əvəz olunması, İntiqam Əliyevin şüşə qəfəsdən çıxarılıb müdafiə hüququnun təmin olunması baxımından vəkillərin yanında oturması, bu məhkəmənin ictimai marağını nəzərə alıb prosesin obyektiv işıqlandırılması üçün audio-video çəkilişlərinin aparılması ilə bağlı verdiyimiz vəsatətlər müzakirə olunsa da heç biri təmin olunmadı.

Vəkillərin İntiqam Əliyevlə görüşməsinə mühafizəçilər mane olub. Müdafiə tərəfi həmin mühafizəçilərlə bağlı ayrıca şikayət verə bilər. Növbəti məhkəmə prosesi iyulun 21-nə təyin olunub”.

İntiqam Əliyev 2014-cü ilin avqustun 8-də həbs olunub. Hüquqşünasa qarşı Cinayət Məccələsinin 179.3.2, 192.2.2, 213.2, 308.2, 313 maddələri ilə cinayət işi açılmışdı. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay azadlıqdan məhrum edilib.

İnterpress.az