Bu dəfə partiyadan Suraxanı rayon təşkilatının üzvləri İlyas Sadıqov, Səlim Qasımov, Elman Kazımov, eləcə də Zəngilan rayon təşkilatının üzvü Balaca Məmmədov istefa ərizəsi yazıb. 3 nəfər istefasını Suraxanı rayon təşkilatını keçmiş sədri Rövşən Dəmirliyə təqdim edib. Rövşən Dəmirlinin sözlərinə görə, bütün ərizələr yeni yaradılan təşkilat komitəsinə təqdim ediləcək: “Artıq heç kim Müsavat Partiyasının bu rəhbərliklə hansısa uğura nail ola biləcəyinə inanmır. Bu, bir neçə gün bundan qabaq partiyanın keçirdiyi Məclis toplantısında da göründü. Komissiyalara seçilən adamların partiyada hansısa nüfuz sahibi olmadıqları, hətta öz sahələrində hansısa nailiyyətlərə imza atmadıqlarını bilirik. İndiki başqan Arif Hacılı keçmiş iqtisadiyyat kommissiyasının sədri Qubad İbadoğlunun ünvanına xoş olmayan yalanlar uydurduğu zaman ən azından indiki kommissiya rəhbərləri ilə onu müqayisə etməli idi”.
Elnarə
İnterpress.az