Azərbaycanlıların da mağazalarının olduğu məşhur bazar yandıbackend

Azərbaycanlıların da mağazalarının olduğu məşhur bazar yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın 600 kv.m ərazini əhatə edib. Yanğının söndürülməsinə 3 helikopter və 70-dən çox yanğınsöndürən maşın cəlb olunub.

Nəhayət bazardakı yanğın söndürülüb. Ancaq bazarın inzibati binasının bir hissəsinin uçduğuna dair məlumatlar yayılıb. Qeyd edək ki, sözügedən bazar Rusiya paytaxtında tikinti materialları satışında ixtisaslaşan ən məşhur mərkəz hesab edilib. Bazarda azərbaycanlı sahibkarlara da məxsus onlarla mağazanın olduğu bildirilir.

İnterpress.az