46 yaşlı model Tiger Sun Kanadadakı həyatını geridə qoyub İŞİD-ə qarşı döyüşmək üçün Suriyaya gedərək YPG-nin qadın qüvvələri olaraq bilinən YPJ-yə qatılıb.
Bir qız anası olan və Zambiyada doğulan 46 yaşlı model İŞİD-in bir videosunu gördükdən sonra livanlı həyat yoldaşından ayrılaraq döyüşməyə qərar verib.
Nəzarətçi vəzifəsini yerinə yetirən və snayper silahından istifadə edən model döyüşdə ön sıralarda vuruşur.
Tiger Sun mətbuata verdiyi reportajında bildirib:
“Şiddətə şahid oldum. İŞİD-in günahsız insanları öldürdüyünü gördüm. Bəli, döyüşün içindəyəm. Onların bizi öldürməyə çalışdığını gördüm. Biz də İŞİD-çiləri öldürdük, onları gördüm”.
İnterpress.az